Xaricidil.net online ingilis dili kursu saytıdır. Burada siz daima yenilənən qrammatika dərsləri, yeni sözlər öyrənə, online ingilis dili testləri, maraqlı quizlər edə bilərsiniz.
Sayt həm yenicə ingilis dilini öyrənməyə başlayan, həm də müəyyən səviyyədə ingilis dili biliklərinə malik olan və bu biliklərini möhkəmləndirmək istəyən şəxslərə yardım etmək üçün nəzərdə tutulmuşdur. Saytda əsas dərs materialları 3 səviyyə üzrə qruplaşdırılmışdır:
1. Beginner - Başlanğıc
2. İntermediate - Orta
3. Advanced - Yüksək
Saytın əsas hissəsini təşkil edən Online dərslər də məhz bu səviyyələr üzrə bölünmüşdür. Hər bir səviyyə üzrə müəyyən vaxt müddətindən sonra yenilənən Dərslərə başla, Qrammatik testlər, Sözlər, Sözlər üzrə testlər və Tərcüməli oxu bölmələr mövcuddur.
Dərslərə başlabölməsində müxtəlif qrammatik mövzular üzrə dərslər izah olunur və dərsin sonunda öyrənilmiş materialı mənimsəmək üçün çalışmalar verilir.
Qrammatik testlərbölməsində hər bir keçilmiş dərsə uyğun yoxlama testləri mövcuddur.
Sözlərbölməsində müxtəlif sözlər, söz birləşmələri izah olunur.
Sözlər üzrə testlərbölməsində Sözlər bölməsində izah olunan yeni sözlərə uyğun yoxlama testləri mövcuddur.
Tərcüməli oxu bölməsində isə hər bir sözə uyğun tərcüməsi olan kiçik oxu mətnləri verir.
Saytın Audio materiallar hissəsində isə müxtəlif müəlliflərə məxsus audio materialları online dinləmək mümkündür.
Başqaadlanan hissədə isə faydalı yükləmələr, linklər, maraqlı məqalələr və quizz-lər yerləşir.